Dövlət Neft Fondu "Ən yaxzı analitik məqalə" müsabiqəsini davam etdirir
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 10 illik yubileyi ilə əlaqədar olaraq
Fondun fəaliyyəti barədə Azərbaycan ictimaiyyətinin məlumatlandırılması məqsədilə
jurnalistlər üçün elan edilən "Ən yaxşı analitik məqalə" müsabiqəsi davam edir.
Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə ARDNF-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva verib.
Müsabiqənin iştirakçıları aşağıdakı sənədləri 2009-cu il dekabrın 1-dək hər iş günü
10:00-dan 18:00-dək Neft Fondunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə təqdim edə
bilərlər:
1. www.oilfund.az internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündən əldə edilərək
doldurulmuş ərizə forması;
2. KİV-in əməkdaşı olduğunu təsdiq edən sənəd;
3. Müəllifi olduğu materialın 2009-cu il iyunun 15-dən noyabrın 20-dək olan müddət
ərzində dərc olunduğu yerli və ya xarici qəzet və ya jurnalın nüsxəsi.
Əlavə məlumat üçün bu linkə daxil olun: http://www.oilfund.az/az/content/27
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20