Yazıçı-publisist Seymur Baycan Azad Yazarlar Ocağının sədri seçildi
Bu gün Azad Yazarlar Ocağının (AYO) növbəti toplantısı keçirilib. Toplantıda AYO-ya yeni sədr də seçilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Rafiq Tağıdan sonra yazıçı-publisist Semyur Baycan qumura sədr seçilib.
AYO-dan verilən məlumat da o da bildirilir ki, toplantıda qurumun təşkilatı işləri də müzakirə olunub. Öncə partiyanın qeydiyyat məsələsi müzakirə mövzusu olub. Belə ki, AYO-çular bu günə kimi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciətləri nəticəsiz olduğundan bundan sonra sözügedən nazirliyə müraciət etməməyi qərarlaşdırıblar.
Toplantıda AYO-çular qərara alıblar ki, Alatoran jurnalının fəaliyyəti daha da gücləndirilsin, yazarlar yeni kitabların nəşr etdirilməsi istiqmətində fəaliyyətlərini artırsınlar və AYO üzvlərinin əsərlərindən ibarət almanax dərgisinin hazırlanması planlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15