Bu gün Qafqaz Media Mərkəzi (QMM) növbəti seminarlara başlayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Mərkəzin koordinatoru Natiq Əsgərov məlumat verib. Onun sözlərinə görə, bu dəfəki seminarlar tələbələr üçün nəzərdə tutulub: ?Seminarların keçirilməsində məqsəd gələcəkdə jurnalistikanı özünə peşə seçən insanlara praktiki köməklik göstərməkdir. Seminarlarda respublikanın ali təhsil ocaqlarında jurnalist və ya qeyri jurnalist ixtisaslarında təhsil alan 20-yə yaxın tələbə iştirak edəcək. Seminarlarda tələbələrə telereportyorluq peşəsindən praktiki məşğələlər keçiriləcək?. N.Əsgərov həmçinin deyib ki, seminarlar iki həftə davam edəcək və sonda tələbələrə kursu bitirdiklərinə dair sertifikatlar təqdim olunacaq.