Tələbə problemlərinin KiV-də izıqlandırılması monitorinq olunacaq
Azərbaycan Tələbələr Birliyi (ATB) sabahdan etibarən tələbə problemlərinin Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılmasının monitorinqini aparacaq.
Monitorinqdə tələbə problemlərinə KİV-lərdə nə dərəcədə yer ayrılması, hansı mətbuat orqanının bu sahədə fərqlənməsi, elektron KİV-lərin tələbə problemlərinin işıqlandırılmasında çevikliyi, obyektivliyi və s. kimi məsələlər yer alacaqdır. Monitorinq prosesinə tələbələrin KİV-lərə münasibəti, tələbələrin KİV-lərin işində nə kimi rol oynaması, araşdırıcı tələbələrə KİV-lərdə yer ayrılıb-ayrılmaması və s. bu kimi məsələlər də daxildir.
Xatırladaq ki, monitorinqdən sonra ATB konkret fəaliyyət planı hazırlayacaq və bu prosesdə fərqlənən KİV-ləri mükafatlandıracaq.
Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən monitorinq prosesi 2 ay davam edəcək və sentyabr ayının sonunda nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15