Mətbuat Şurasında ?Cənubi Azərbaycan mətbuatı tarixi? kitabının təqdimatı keçiriləcək
Mətbuat Şurasında iyulun 7-də saat 15.00-da ?Cənubi Azərbaycan mətbuatı tarixi? kitabının təqdimatı keçiriləcək. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədlinin çoxillik elmi axtarışlarının bəhrəsi olan əsərdə Təbrizdə ?Azərbaycan? adlı (1858-ci il) ilk rəsmi qəzetin işıq üzü görməsindən bu günədək Cənubi Azərbaycanda çap edilən mətbu nəşrlər barədə müfəssəl məlumatlar yer alıb. Girişdən, 8 bölümdən ibarət qiymətli məxəzdə həmçinin 151 ildə keçilmiş yolu əks etdirən dəyərli sənədlər də toplanıb.
Tanınmış alim və mütəxəssislərin rəy verdiyi kitab 2009-cu ildə ?Elm? nəşriyyatında buraxılıb. Təqdimatda onlarla yanaşı kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak edəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15