Dağıstan gənclərinin Azərbaycana səfəri olacaq
03-07 iyul 2009-cu il tarixlərində Dağıstan Respublikasının Gənclər Nazirliyinin
nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu səfərin digərlərindən fərqi qonaqların Bakıda deyil, məhz Azərbaycanın ən səfalı guşələrindən olan Quba, Qusar zonalarına getmələridir.
Dağıstan Respublikasının Gənclər Naziri Zaur Qəhrimanovun rəhbərlik etdiyi nümayəndə
heyəti Qubanın tarixi, mədəniyyəti ilə yaxından tanış olduqdan sonra, 4 iyul
tarixində Qusara yollanacaq. Qusarda Mərkəzi Şəkil Qalereyasında Azərbaycan və
Dağıstan gənclərinin əl işləri nümayiş olunacaq. Eyni zamanda hər iki ölkənin
istedadlı gənclərinin iştirakı ilə konsert proqramı da təşkil ediləcək.
DİGƏR XƏBƏRLƏR
2026-02-07 14:53
2026-02-06 15:43
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20