BAMF layihələrin monitorinqi ilə bağlı təlimlər bazlayıb
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ?Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyələşdirdiyi layihələrin monitorinqi? layihəsi çərçivəsində təlimlər
başlayıb. İki gün davam edəcək təlimlərdə layihəni həyata keçirən BAMF-ın və
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin işçi heyətləri iştirak ediblər.
Təlimləri tanınmış ekspert, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir
aparır.
İlk təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov və
şuranın baş məsləhətçisi Vüsal Quliyev də iştirak ediblər.
F.Qurbanov aparılacaq monitorinqin mahiyyətindən, istiqamətindən danışaraq
təlim iştirakçılarına zəruri tövsiyələrini verib.
Təlimlərə qatılan BAMF sədri Umud Rəhimoğlu və Müstəqil Elmi-Praktik Hüquq
Mərkəzinin rəhbəri Aydın Kərimov Azərbaycan Respublikası Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi
layihələrin monitorinqinin aparılmasının prisipial əhəmiyyətindən və
vətəndaş cəmiyyətinin inkişafında böyük rol oynayacağından danışıblar.
Qeyd edək ki, bir neçə gün öncə isə bununla bağlı hər iki təşkilat birlikdə
müxtəlif müzakirələr keçirib. Müzakirələrdə hər iki təşkilat tərəfindən iyun
ayının 1-dən həyata keçirilən layihələr çərçivəsində görülən işlərə yekun
vurulub, növbəti mərhələdə qarşıda duran vəzifələr müəyyənləşdirilib,
monitorinq aparılmasının prosedur qaydaları formalaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15