Bu gün ?Azadlıq? qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidə anası Xədicə Zahidova baş çəkib. Məlumatı ?Media forum? saytına baş redaktorun xanımı Ayəndə Mürsəliyeva verib: ?Birgə getmişdik. Bu, ana-balanın ötən il dekabrından bəri ilk görüşü idi. Xədicə xanım yaşlı olduğuna görə həbsxanaya tez-tez baş çəkə bilmir?. A.Mürsəliyevanın sözlərinə görə, yoldaşının səhhətindən heç bir şikayəti yoxdur. Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilən Q.Zahid paytaxtın 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Ötən il dekabrın 2-də baş redaktor o zaman həbsdə olan qardaşı, satirik yazar Mirzə sakitlə birgə həbsdən müvəqqəti azad buraxılaraq atası Səlim Zahidovun yas mərasimində iştirak edib və yaxınları, eləcə də anası ilə görüşmək imkanı əldə edib.