Azərbaycanın aqrar sektoru ciddi problemlər məngənəsindədir

?Kənd təsərrüfatında istehsalla məşğul olanlar kəndlilərin 5-7 faizini təşkil edir. Fərdi təsərrüfatlarda isə insanlar yalnız özlərinə lazım olan qədər kənd təsərrüfatı məhsulları istehsal edirlər?.
Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında iqtisadçı-ekspret Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda kənd təsərrüfatı böhran çərçivəsindədir: ?Əgər biz 1 hektardan 70 sentner taxıl götürə biləriksə və bu gün 26 sentiner taxıl götürürüksə, deyərdim ki, burda da şübhə var. 26-30 sentinerə qədər taxıl istehsal edildikdə, kəndli yalnız ora sərf edilən vəsaiti əldə edə bilir. Məsələn, keçən il kəndlilərin istehsal etdiyi buğdanın, taxılın qiymətini yüksək dəyərləndirdilər. Çünki taxılın maya dəyəri baha başa gəlmişdi. Sahibkarlar da qiymətin baha olduğunu görüb, xaricdən taxıl idxal etməyə başladılar. Xarici bazarlarda buğdanın 1 kilosu bizim pulla 10-12 qəpik civarındadır.
Ümumiyyətlə, aqrar sektorda ciddi problemlər mövcuddur. Ümumdaxili məhsulda hər hansı bir artım, heç də o demək deyil ki, o sahədə yüksək tədqiqat işləri aparılıb. Çox təəssüflər olsun ki, aidiyyatı orqanlar bu sahənin inkişafı ilə deyil, saxta rəqəmlərlə ictimaiyyətə yalan informasiyalar ötürürlər?.
İqtisadçı-ekspert onu da bildirdi ki, ölkənin ərzaq ehtiyacının 100 faizi idxal hesabına ödənilir: ?Məsələn, ötən il ölkəyə idxal olunan buğdanı hesablasaq, bizim istehlak etdiyimiz çörək məhsulunun hamısı idxalın hesabına başa gəlib. Bildirilir ki, guya keçən il 2 milyon 400 min ton taxıl istehsal edilib və bunun əsas hissəsini buğda təşkil edir. Sual ortaya çıxır ki, bəs, hanı bu, buğda? Yüksək məhsuldarlıq əldə etmək üçün torpaqların keyfiyyəti müəyyənləşdirilməlidir. Uzun müddətdir ki, bir bitki eyni torpaqda əkilir. Belə olduqda isə həmin sahədə həm zərərverici həşəratların sayı artır, həm də məhsuldarlıq azalır. Növbəli əkin aparılmalıdır. Bundan əlavə, xaricdən müasir texnikalar gətirilməlidir. Bu sahəni ekstensiv yolla genişləndirməyə son qoyulmalıdır?.
V.Məhərrəmov fermerlərə verilən subsidiyaların da lazımı qədər olmadığını deyir: ?Avropa Birliyi Avropa ölkələrində kənd təsərrüfatının inkişafı üçün 500 milyard avro subsidiya ayırır. Yapon fermeri hər ildə 40-50 min dollar subsidiya alır. Ona görə də verilən subsidiya samballı olmalıdır. Bizdə isə 1 hektara 80 manat, başqa əkin sahələrinə isə 40 manat verilir. Bu sahəyə ciddi nəzarət mexanizmi qurulmalıdır. Bu məsələdə hər hansı məmura etibar edilməməlidir. Heç kimə sirr deyil ki, onlar belə tədbirlərin həyata keçməsini daha çox öz maraqlarına uyğun formada reallaşdırırlar?.
DİGƏR XƏBƏRLƏR
2025-06-21 09:51
2025-06-20 17:00
2025-06-20 12:55
2025-06-20 12:08
2025-06-20 10:20
2025-06-20 09:39
2025-06-20 09:23