Türkiyəli jurnalistlərin səfəri təxirə salındı
Türkiyənin aparıcı KİV əməkdaşlarının Bakıya mayın 3-də nəzərdə tutulan səfəri təxirə salınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Səfirliyin əməkdaşı türkiyəli jurnalistlərin ölkəmizə səfərinin təxirə salınmasını aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisələrlə əlaqələndirib: "Türkiyəli jurnalistlər səfər çərçivəsində son vaxtlar Ankara ilə Bakı arasında yaranmış gərginliyin səbəblərini araşdırmaq, Azərbaycan-Ermənistan münaqişəsi və ermənilərin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat əldə etmək istəyirdilər. Amma aprelin 30-da baş verən qanlı hadisələr Azərbaycanın gündəmini dəyişdiyi üçün bu səfər təxirə salındı".
Mənbə türkiyəli jurnalistlərin Azərbaycana səfərinin mayın ikinci yarısında reallaşacağını istisna etməyib.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15