Gənc Yurdsevərlər Birliyi polis zorakılığını pisləyir
Gənc Yurdsevərlər Birliyinin sədri Tağı Kərimli ANS TV-nin üç
əməkdaşının polis tərəfindən döyülməsini pisləyən bəyanatla çıxış edib.
O, bildirib ki, ANS TV-nin üç əməkdaşının peşə fəaliyyətini yerinə
yetirərkən Yasamal rayon polis rəisinin əmri ilə zorakılığa məruz
qalması söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməli,
aidiyyatı orqanlar bununla bağlı ölçü götürülməlidirlər.
Qeyd edək ki, ANS əməkdaşlarının təzyiqə məruz qalması aprelin 27-nə
keçən gecə Bakının Yasamal rayonu ərazisində M.Muxtarov küçəsi, 190
ünvanında məscidin sökülməsi zamanı baş verib. Zorakılıq nəticəsində
jurnalistlərin aparatları sındırılıb, özləri isə döyülüblər.
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 17:56
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15