[b]Dövlət Proqramına uyğun olaraq, regiondakı orta məktəb müəllimləri də biliklərini artırırlar[/b] ?Birinci fəaliyyət planından fərqli olaraq, ikinci fəaliyyət planında təkcə avadanlıqların verilməsi yox, Azərbaycan məktəblərinin sürətli internet şəbəkəsinə qoşulmasıdır. Hələki bu il 200 məktəbin sürətli internet şəbəkəsinə qoşulması nəzərdə tutulub. Bu, əsasən, Bakı, Sumqayıt və Abşeron ərazilərini əhatə edəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Ramil Süleymanov Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş ?2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisiteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı?nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə fəaliyyət planına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bundan əlavə yeni təlimlərin keçirilməsi də nəzərdə tutulur: ?Çox sevindirici haldır ki, istər birinci, istərsə də ikiknci Dövlət Proqramında əsas bu işi Təhsil Nazirliyi ilə birlikdə ?Mədəd Humanitar Təşkilatı? İctimai Birliyi həyata keçirir. Adıçəkilən təşkilat burada əsasən təlimlərin həyata keçirilməsində böyük rol oynayır. Təhsil Nazirliyinin bu layihədə maraqlı partnyorları da var. Bu partnyorlardan biri Rumıniyanın ?Sveko? şirkətinin Azərbaycandakı yerli təmsilçisi kimi ?Ultra? şirkətidir. ?Ultra? şirkəti burada ?Nexsus? kompüterlərin hazırlanması ilə məşğul olur, pilot məktəblərinə noutbook və digər avadanlıqlar verir. Bu işdə ikinci partnyor ?Mimio? şirkətidir. Təhsil Nazirliyi onların xətti ilə elektron lövhələr alır və həmin lövhələrdəki proqramı Azərbaycan versiyasına keçirirlər. Həmin lövhələr hesabına müəllim hərəkətli dərsləri qura bilir?. Təhsil Nazirliyinin sözçüsü deyib ki, yeni fəaliyyət planında maraqlı bölmələr də var: ?Burada ölkənin ucqar əlaziləri də bir bölmə kimi qeyd olunub. Məqsəd ucqar ərazilərin İKT avadanlıqları ilə təmini və ordakı təhsil sistemində çalışan insanların peşəkarlıq səviyyəsinin artırılmasıdır. Artıq nazirlik, müəllimlərin inkişaf etməsi üçün də bir sıra maraqlı müsabiqələr həyata keçirmək üzrədir. Hansı müəllim öz dərslərində yeni təlim metodlarından, İKT avadanlıqlarından istifadə etməyi bacarırsa, o müəllimlərin nəticələri yüksək qiymətləndirilir. Yəni keçmiş sovet vaxtında müəllimlər yaxşı nəticə göstərərək mükafatlarla qiymətləndirilirdisə, indi bu, texniki avadanlıqlarla əvəzlənib. Məsələn, bu yaxınlarda Təhsil Nazirliyi ?Microsoft? və Mədəd Humanitar Təşkilatı ilə birgə ?İnnovativ müəllimlər? müsabiqəsi həyata keçirdi. Çox sevindirici hal idi ki, müsabiqənin qalibləri arasında Lənkəran şəhərinin ucqar kəndindən olan müəllim də var idi. Qaliblərə hədiyyələr verilməklə bərabər, 1-ci yerə sahib olan 2 nəfər Təhsil Nazirliyinin və ?Microsoft? şirkətinin dəstəyilə Avstriyaya beynəlxalq təcrübəyə göndərildi?. Müsahibimiz, 2005-ci ildən Təhsil Nazirliyi və Mədəd Humanitar Təşkilatının yerli müəllimlər üçün müxtəlif müsabiqələr keçirdiyini də deyib: ?Bu təlimlər fəaliyyəti artıq sırf azərbaycanlaşdırılmış bir formaya salınıb. Amerikanın ?School on line? adlı proqramı var. Bu proqram əsasında Azərbaycanın Bakı, Sumqayıt, Quba, Şəki, Şamaxı və bir sıra bölgələrində müəllimlərə təlimlər keçirilir. Bundan əlavə, Amerikanın ?İntle? korporasiyasının ?İntle - gələcək üçün təhsil? proqramları da tətbiq olunur. Azərbaycanda minimum 160 min nəfər var. Bu müəllimlərdən ən azı 17-18 mini maariflənib. Maariflənmiş müəllimlər arasında aparılan monitorinq onu göstərir ki, müəllimlər ən azından kompüterlə işləməyi, öz biliklərini dərslərdə şagirdlərə tətbiq etməyi və elektron qiymətləndirməni öyrəniblər. Növbəti dəfə keçiriləcək ?İlin müəllimi? müsabiqəsi də bir növ müəllimlərin həvəsləndirilməsi üçün atılan addımlardandır?.