Bu gün Səbayel Rayon Məhkəməsinin hakimi Eldar Şamayev Prezident
Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin pul girovu
müqabilində azad edilməsi barədə vəsatətini təmin etməyib.
Vəkil
Fuad Ağayev Turan-a bildirib ki, məhkəmə heç bir tutarlı əsas
gətirməyib. Qanuna görə, A.Muradverdiyevə irəli sürülən ittiham üzrə
girovun məbləği 10 min manat təşkil edir.
Lakin məhkəmə imtinanı onunla əsaslandırıb ki,
A.Muradverdiev azadlıqda qalarsa, istintaqdan yayına bilər.
Eyni zamanda A.Muradverdiyevin həbsindən sonra onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.
Qeyd
edək ki, A. Muradverdiyev iyunun 20-də Moskvaya gedərkən Bakı hava
limanında saxlanılıb. O, bütün nəzarət məntəqələrini keçib, təyyarəyə
minərkən saxlayıblar və əl yükünü alıblar. Əl yükündən Çar Rusiyası
dövrünə aid 40 ədəd qızıl pul çıxıb.
A. Muradverdiyev bildirib ki, pulları onun çantasını alarkən özləri qoyub.
O, CM-in 206.1 maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunub, 2 ay müddətinə həbs edilib.
Məhkəmə Akif Muradverdiyevin girov tələbini rədd etdi - qərar
DİGƏR XƏBƏRLƏR
2023-06-24 17:25
2023-02-21 18:07
2020-07-06 13:16
2020-06-04 17:35
2019-12-17 11:52
2019-12-10 10:44