"Birqütblü dünyanın sonu çatır"- başlıqlı məqaləmdə ABŞ-ın dünyaya
təkbaşına ağalıq etməsinin sona çatmaq üzrə olduğunu yazmağım bəzi
oxucularımıza inandırıcı gəlməyib. Buna görə də ABŞ-ın dünyada ağalığına
son qoya biləcək güclərdən biri - Çin Xalq Respublikasının bu
istiqamətdəki imkanları ilə oxucu-larımızın tanış olmasını vacib
sayıram. Düşünürəm ki, bununla məsələlərin daha aydın təsəvvür
edilmə-sinə yardımçı ola bilərəm. Üçüncü minilliyin ilk illərində, Çinin
iqtisadi gücünə görə tezliklə dünya lider-lərindən birinə çevriləcəyi
haqqında ehtiyatlı fikirlər səslənsə də, əksəriyyət buna inanmaq
istəmirdi. Ancaq 2007-ci ilin sonunda Çin ümumdaxili məhsulunun həcminə
görə Almaniyanı qabaqlayıb, dünya-nın ən böyük üç ölkəsindən birinə
çevriləndə, artıq Pekinin uğurlarının çox da uzaqda olmadığını daha
ucadan səsləndirməyə başladılar. 2010-cu ilin sonunda isə məlum oldu ki,
Çin Yaponiyanı da ötüb keçərək, iqtisadi gücünə görə dünyanın ikinci
dövlətinə çevrilib. Məhz bundan sonra Çinin yaxın bir neçə il ərzində
ABŞ-ı da ötüb keçəcəyi haqqında proqnozlar verildi.
İqtisadi
İnkişaf və Əməkdaşlıq Təşkilatının son hesabatında bildirilir ki,
2016-cı ildə Çin ABŞ-ı arxada qo-yacaq və iqtisadi gücünə görə dünya
liderinə çevriləcək. Dünya ölkələrinin iqtisadiyyatı ilə bağlı ciddi
araşdırmaları və təhlilləri ilə tanınan "PricewaterhouseCoopers"
Şirkətinin hesabatında isə qeyd edilir ki, Çin 2017-ci ildə dünya lideri
olacaq.
Çinin dünya liderinə çevriləcəyi ilə bağlı müxtəlif
tarixlər səslənsə də, bir məsələdə böyük əksəriyyət həmrəydir ki,
dünyanın ağırlıq mərkəzi Qərbdən Şərqə keçir. Hətta ən pessimistlər belə
ən geci 2030-cu ildə Çinin ABŞ-ı ötüb keçəcəyini proqnozlaşdırır və
Vaşinqtonun bunun qarşısını almaqda gücsüz olduğunu qeyd edirlər.
Çinin
yaxın illərdə dünyanın ən böyük iqtisadi gücə malik dövlətinə
çevriləcəyini sübut edən məqamlar-dan biri də 2012-ci ilin yekunlarına
dair hesabatda Çinin ticarət dövriyyəsinə görə ABŞ-ı ötüb keçərək
dünyada lider dövlətə çevrilməsidir. Belə ki, ötən il ABŞ-ın ticarət
dövriyyəsi 3,82 trillion dollar təşkil et-diyi halda, Çinin idxal və
ixrac əməliyyatları 3,87 trillion dollar həcmində olub.
Onu da qeyd
edək ki, bu, ABŞ-ın Ticarət Ќazirliyinin rəsmi məlumatıdır. Bu məlumata
onu da əlavə et-sək ki, 2009-cu ildən başlayaraq Çin ixracata görə dünya
liderinə çevrilib, onda ABŞ-la Çin arasındakı rə-qabət səhnəsi daha
aydın təsvir oluna bilər. Belə ki, 2009-cu ildə ABŞ 1,82 trillion
dollarlıq mal ixrac edib-sə, Çinin ixracatı 2,28 trillion dollar olub.
Həmin ildən başlayaraq ABŞ-ın ticarət dövriyyəsində idxalın pa-yı
artdığı halda, Çinin ticarət dövriyyəsində ixracatın həcmi yüksəlir.
Stabil
iqtisadi inkişaf dinamikasını təmin edən Çin indi də hərbi potensialını
artırmaq yolunu tutub. ABŞ-ın Müdafiə Ќazirliyinin Konqressə təqdim
etdiyi hesabata görə, Çin ildən-ilə hərbi xərclərini artırır.
Pen-taqonda hesab edirlər ki, ötən il Çin bəyan etdiyi kimi, hərbi
xərclərə 106 milyard dollar deyil, 180 milyard dollar vəsait sərf edib.
Çinin
hərbi xərclərinin bir hissəsini gizlətməsi ilə yanaşı, radarlara
yaxalanmayan "Stels" tipli təyyarələrin və ilk yerli təyyarədaşıyan
gəmisini istehsal etməsi də Pentaqonda narahatlıq yaradıb. Çinin
tezliklə 6 ədəd təyyarədaşıyan əldə etmək niyyətində olması, sualtı
qayıqlarının sayını artırmaq planları ABŞ hər-biçilərini daha çox
narahat edir. Pentaqonda iddia edirlər ki, Çinin bu addımları ABŞ-a
qarşı yönəlib. Doğ-rudur, hazırkı şəraitdə ABŞ-la hərbi qarşıdurmanın
Çin üçün fəlakətli ola biləcəyini Pekində də anlayırlar. Lakin stabil
iqtisadi inkişafını təmin edən və dünyanın ən böyük iqtisadi güclərindən
birinə çevrilən Çinin supergüc olması üçün hərbi gücünü artırması
labüddür. Bu səbəbdən də Çin milli hərbi-sənaye komp-leksini artırmaqda
qərarlıdır. Məhz bunun nəticəsidir ki, ötən il rəsmi olaraq hərbi
xərclərə 106 milyard dollar sərf edən Çin, bu il hərbi xərclər üçün
büdcədən 115,6 milyard dollar vəsait xərcləmək istəyir.
İqtisadi və
hərbi gücünü artıran Çin ABŞ-ın dünyadakı təkbaşına ağalığına son qoymaq
üçün həm də fəal diplomatik siyasət yürüdür. Pekin xüsusən də Moskva
ilə münasibətlərinə ciddi diqqət yetirir və Va-şinqtonun onların
arasında soyuqluq yaratmasına imkan verməməyə çalışır. Buna görə də
beynəlxalq məsələlərdə Çin Rusiya ilə eyni mövqedən çıxış etmək yolunu
tutub.
Rusiya ilə müttəfiqlik edən Çin, Asiya və Afrika qitəsində də
fəal diplomatiyası ilə diqqəti çəlb edir. Çinin nüvə silahına malik
yeganə müsəlman dövləti olan Pakistanla münasibətlərinə xüsusi önəm
verdiyi hiss olunur. Belə demək olar ki, Çin ABŞ-ın bu köhnə müttəfiqini
öz tərəfinə çəkməyə çox yaxındır. Məhz Pakistanın sayəsində Çin ötən il
silah ixracını artıraraq Fransa və Almaniyaya yaxınlaşıb. İndi Çini
silah ix-racında Almaniya və Fransadan bir-iki faizlik fərq ayırır.
Ekspertlər isə Çinin tezliklə bu sahədə də Alma-niyanı ötüb keçəcəyini
planlaşdırırlar. O ki qaldı Pakistan-Çin münsibətlərinə, bu iki ölkə
arasındakı silah ticarətinin həcmi eyni zamanda Pakistanın ABŞ-dan
uzaqlaşaraq Çinlə yaxınlaşmaq kursu götürməsin-dən xəbər verir.
Pakistanla
yanaşı Əlcəzair, Banqladeş, Ќigeriya kimi dövlətlərin də ABŞ
silahlarından imtina edərək Çin istehsalı olan silahlar almağa meyl
etmələri Vaşinqtonda narahatlıqla qarşılanır. Yuxarıda sadalananlar,
dünyanın ən böyük iqtisadi gücünə çevrilmək niyyəti ilə yanaşı hərbi
gücünü də sürətlə artırması və fəal diplomatik siyasət aparması Çinin
artıq regional dövlət statusu ilə barışmaq istəmədiyini, dünyanın güc
mərkəzlərindən birinə çevrilməkdə qərarlı olduğunu göstərir.
Mərkəzi
Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı
Edvard Snouden ətrafın-da baş verən proseslər də Vaşinqtonun diqtə
siyasətinin artıq işləmədiyindən xəbər verir. ABŞ xüsusi xidmət
orqanlarının bütün dünyada internet vasitəsilə yazışmaları izləmələrini
və telefon danşıqlarına qulaq asmasını ifşa edən Edvard Snoudenin malik
olduğu məlumatların yayılmasını ABŞ-ın milli təhlü-kəsziliyi üçün böyük
təhlükə cayan rəsmi Vaşinqton bu şəxsi dərhal həbs etməyə çalışıb. Lakin
Snoude-nin gizləndiyi Honkonq rəsmiləri Vaşinqtonun bu haqda tələbini
nəzərə almaq belə istəməyiblər. Snou-denin ekstradisiyası ilə bağlı
Vaşinqtondan Honkonqa göndərilən sənədlər də işə yaramayıb. Honkonq-da
"bu sənədlərin yerli qanunvericiliyə uyğun olmadığı",- qənaətinə
gəliblər və Snoudenin Honkonq--Moskva reysi ilə ölkəni tərk etməsinə
imkan veriblər. Vaşinqtonda isə əmindirlər ki, Honkonqun bu qə-rarının
arxasında rəsmi Pekin dayanır. Vaşinqtonun siyasi dairələrində hesab
edirlər ki, Rusiya kimi Çin də son zamanlar ABŞ-ı alçatmaq üçün hər bir
imkandan yararlanır.
Snoudenin ABŞ-a təhvil verilməsi məsələsinə
dövlət katibi Con Kerri ilə prezident Barak Obamanın şəx-sən müdaxilə
etmələrinə baxmayaraq, Çin və Rusiya rəsmiləri buna təşəbbüs belə
göstərmədilər. Dün-yanın aparıcı beyn mərkəzlərində Snoudenin təslim
edilməsi üçün ABŞ-ın çabalarına Çin və Rusiyanın münasibətini Pekin və
Moskvanın Vaşinqtona hörmətinin səviyyəsinin göstəricisi kimi
yanaşırlar. Bey-nəlxalq siyasət məsələləri üzrə əksər ekspertlər
Snoudenin ABŞ-a təhvil verilməsinə Çinin və Rusiyanın mane olmasını
Vaşinqtonun diqtə siyasətinin artıq tarixə qovuşduğunun sübutu sayırlar.
ABŞ tərəfinin səsləndirdiyi fikirlər isə bu gerçəkliyin hələ bir
çoxları tərəfindən qəbul olunmadığını göstərir. ABŞ-da səslənən
fikirlərdən belə qənaətə gəlmək olar ki, əksəriyyət yaranmış vəziyyətə
görə Barak Obama hö-kumətini günahkar hesab edir və hökuməti milli
maraqları qoruya bilməməkdə ittiham edirlər. Belə ba-şa düşülür ki,
dünyada baş verən ciddi dəyişikliklər hələ də Vaşinqtonda bir çoxlarının
dünyaya baxışına təsir göstərməyib.
Ancaq dünya sürətlə dəyişir.
Əgər bu gün ABŞ İranın İraq üzərindən Bəşər Əsəd hökumətinə hərbi
yar-dımının qarşısını ala bilmirsə, "Taliban"la danışıqlar aparmaq və bu
danışıqlarda "Hakkani" terrorçu qrup-laşmasının da iştirakına dözümlü
yanaşmağa başlayıbsa, artıq Çin və Rusiya kimi böyük dövlətlərin ABŞ-ın
maraqlarını nəzərə almamasını da anlamaqdan başqa çarə qalmır.
Bütövlükdə
götürdükdə, demək olar, bütün ciddi ekspertlər bir fikri bölüşürlər ki,
20-ci əsr Amerika əsri olduğu kimi, 21-ci əsr də Asiya əsri olacaq.
Yəni, dünyanın siyasi və iqtisadi ağırlıq mərkəzi Qərbdən Şər-qə keçir
və Vaşinqton bunun qarşısını almaqda acizdir. Şərqin insan resursu və
maddi sərvətlər qaynağı kimi ən önəmli məsələlərdə Qərbdən üstün mövqedə
olması Qərb-Şərq qarşıdurmasının ikincinin qələ-bəsi ilə bitəcəyini
proqnozlaşdırmağa imkan verir.
Qarşıdakı illərdə Pekin-Moskva-Tehran
üçbucağının dünya üzrə rolunun artacağı birmənalıdır. Əgər ya-xın
illərdə bu üçbucağa Pakistan və Əfqanistanı da daxil etmək mümkün olsa,
ABŞ faktiki olaraq, Asiya qitəsindən çıxarılacaq. Qırğızıstanın ABŞ-ın
hərbi bazasını bağlamaq qərarı, Pentaqonun öz qoşunlarını Əfqanistandan
çıxarması isə bunun başlanğacı sayıla bilər. Pentaqonun Əfqanistandan
gələn il çıxarma-ğı planlaşdırdığı qoşunlarını Qafqazda yerləşdirmək
niyyətini isə ABŞ-ın Asiyadan Avropaya çəkilmək məcburiyyətində qalması,
Vaşinqtonun bu reallıqla barışmağa başlamasının göstəricisi kimi də
qəbul et-mək olar. Qərblə Şərq arasındakı mübarizənin bu dəfə uzaq
Əfqanistanda deyil, Azərbaycanın da daxil olduğu çoğrafiyada gedəcəyi
gözlənilir.
Asiya əsri başlayır
DİGƏR XƏBƏRLƏR
2024-11-27 20:47
2024-11-19 15:52
2024-11-14 09:11
2024-11-13 14:03
2024-11-11 17:10
2024-11-10 16:57