"Fəxri Xiyabanı ziyarət etməyə ehtiyac duydum. Gül alıb Eminin, Arazın,
Rasim Ocaqovun, Dilarə xanımın, baldızım Elmiranın məzarlarına qoydum.
Fəxri Xiyabandan çıxırdım ki, nimdaş, yamaqlı paltarlı, yaşlı qadın
yanaşdı. Əlində iri süpürgə vardı. Burda xidmətçi işləyirdi.
- Sən Allah bağışla - dedi.
- Kimi bağışlayım?
- Oğlumu. O Mürtəd adıyla yazan mənim oğlumdu. Eşitdim, yenə sənin haqqında nə isə murdar bir şey yazıb.
- Belə oğul böyütmüsən də - dedim.
-
Onu oğul sayanın dili qurusun. Mənim oğlum odur e, Şəhidlər Xiyabanında
yatır. Cavan arvadı, iki balası qalıb. Bu mürtəd dediyin bir dəfə
qardaşının ailəsiylə maraqlanıb, bir dəfə qəbrinin üstünə gəlib?
Ya-zıçılıq eləyir, özü də, deyilənə görə elə biabırçı şeylər yazır ki,
adam utandığından yerə girir. Qeyrətli oğul olsaydı, anası burda
işlərdi? Gün olur çörəyə pul tapmıram.
Çıxarıb on manat verdim".
Bu sətirlər Anarın "Bir sən, bir mən, bir ölüm..." hekayəsindən çıxarışdır.
Yenə
əsəblərim tarıma çəkilib, hiddətlənmişəm. Azərbaycan Yazıçılar
Birliyinin sədri, yazıçı Anar nə adına, nə yaşına, nə də, ictimai
statusuna uyğun olmayan bir mübarizə yolu seçib. Neçə ildir ki, gənc
yazar-lar Anarı geninə-boluna tənqid edirlər. Düzü, qocalarla gənclərin
söz müharibəsi çox vaxt diqqətimi çəkməyib. Həmişə düşünürdüm ki,
ağsaqqal adamı bu qədər "divara dirəmək" yaxşı iş deyil. Bəlkə də bir
qədər mühafizəkar düşüncəyə sahib olduğumdan böyüyün üzünə ağ olmağı
doğru saymamışam. Am-ma Anarın son hekayəsindəki bəzi məqamlar bu günə
kimi gənc yazarların onu hədəfə almasında haqlı olduqlarını sübut elədi.
Anarı tənqid edənlərin haqqı varmış.
İki həftə öncə yazar Şərif
Ağayarla söhbətimdə müsahibim demişdi ki, Anar yaxşı yazıçıdır, amma
yaxşı adam deyil. Mənə qəribə gəldi ki, görəsən, Şərif niyə belə deyir?
Amma Anarın məlum hekayəsi Şərifin tam haqlı olduğunu sübut elədi.
Yazıçı
"Bir sən, bir mən, bir ölüm..." hekayəsində bu ölkənin ən şərəfli
insanını - şəhid anasını nimdaş, yamaqlı paltarda, süpürgəçi obrazında
verməklə aşağılayır.
Süpürgəçi olmaq, yaxud nimdaş paltarda
gəzmək ayıb deyil. Amma şəhid anasını məhz bu obrazda gös-tərmək,
üstəlik, onu dilənçi yerinə qoymaq ən adi bir işdir.
Erməniləri
mələk obrazında qələmə verdiyi üçün Əkrəm Əylislini "yerin dibi"nə soxan
Anarın özünün hər kəsin başı üzərində gəzdirməli olan şəhid anasını
dilənçi obrazına salmasına nə ad vermək olar? Bunun bir adı var -
nadürüstlük!
Əkrəm Əylisliyə yanaşdığı prizmadan baxanda demək olar
ki, Anar müəllim də dünyaya göstərir ki, bu ölkədə vətən uğrunda
canından keçən şəhidin anasını dilənçi vəziyyətinə qoyurlar. Şəxsən
mənim üçün hər bir şəhid anası Anar və onun yeddi arxadönənindən min
dəfə üstündür. Odur ki, adam gərək yaşına, başına görə hərəkət etsin.
Onsuz da illərdir, müqəddəs nəyimiz varsa, hamısını tapdalayıb bir küncə
atıblar. Heç olmasa, bu müqəddəs dəyərimizə, şəhid adına toxunmayın!
Anar
müəllim, kiminlə davanız var, kimə söz demək istəyirsinizsə, gedin
üzünə deyin. Bədii ifadələrin, obrazların arxasında gizlənib mübarizə
aparmaq, hələ üstəlik, buna şəhid adını aşağılamağı da qoşmaq nə
yazıçıya, nə ağsaqqala, nə də kişiliyə sığır. Müqəddəsimə toxunma ki,
müqəddəsinə toxunmayım!
Anardan Anara
DİGƏR XƏBƏRLƏR
2024-11-27 20:47
2024-11-19 15:52
2024-11-14 09:11
2024-11-13 14:03
2024-11-11 17:10
2024-11-10 16:57