Bu gün saat dörd radələrində Zərdab rayonunun bir qrup sakini
əməkdaşımız Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan
ailəsinin yaşadığı evə hücum edib. Hücum edən şəxslər əsasən rayonun
Alıcanlı kəndinin sakinləri olub. Onların sayının 30-dan çox olduğu
bildirilir. Hücuma səbəb dünən saytımızda yayımlanan "Zərdabda biabırçı
olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazı olub. Onlar bu hücumla
əməkdaşımızdan qisas almaq istədiklərini söyləyiblər.
Bahar
Rüstəmlinin ailəsindən bildirdilər ki, hücum planlı şəkildə həyata
keçirilib. Basqınçılar əməkdaşımızın ailəsinin yaşadığı evin qapısına
qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər.
Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən
şəxs əməkdaşımızın atasına onu tapança ilə öldürəcəyini deyib.
Digərləri isə bu gecə onun başını kəsəcəklərini bildiriblər.
Hadisə
barədə artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verilib.
Məsələ ilə bağlı Zərdab rayon Polis İdarəsinin rəisi Elnur Həsənova da
məlumat verilib. Rəis bildirib ki, hadisə yerinə polis əməkdaşları
göndərəcək.
Həmçinin, DİN mətbuat xidmətinə də məlumat verilib.
Mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə AzNews.az-a bildirib ki,
məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.
Məsələ ilə bağlı əlavə məlumatlar verəcəyik.
AzNews.az
Jurnalistin ailə üzvlərinə basqın edildi, atası bıçaqla hədələndi
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48