Mətbuat Şurası Azərbaycan Prezidentinin sərəncamı ilə ölkə jurnalistləri
üçün inşa edilmiş binadan mənzil növbəsi ilə bağlı statistik məlumat
yayıb. Mətbuat Şurasından verilən məlumata görə, adları redaksiya
xəttilə təqdim edilən jurnalistlərin ümumi sayı 143, fərdi müraciətlərin
sayı isə 94-dür. Ümumilikdə 237 namizəd qeydə alınıb.
Gündəlik
qəzetlərdən 27-i öz namizədini təqdim edib və onlar 74 nəfərdirlər.
Üçədək namizəd irəli sürmək hüququna malik informasiya agentliyindən
14-ü şuraya namizədlərinin adlarını təqdim edib. Onların mənzil üçün
iddialı olanlarının ümumi sayı 23-dür. İnternet xəbər portallarından 6,
jurnallardan 6, həftəlik qəzetlərdən isə 34 namizəd irəli sürülüb.
Mətbuat Şurasına mənzillə bağlı fərdi qaydada müraciət edənlər də olub.
Belə müraciətlərin ümumi sayı 94-dür. Onlardan 28-i yaşları 50-60, 24-ü
30-40, 19-u 40-50 aralığında olanlardır. Bundan başqa, yaşı 60-ı keçmiş
23 nəfərin adı da mənzil almaq üçün fərdi qaydada müraciət edənlər
sırasındadır.
Xatırladaq ki, 237 namizəddən 36-ı subaydır.
Mətbuat Şurası ev üçün namizəd jurnalistlərin sayını açıqladı
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48