"Sənin kimi şikəstdən də heç jurnalist olar? Səni mən sürüyəcəm.
Naxçıvanlıyam məni heç kim işdən çıxara bilməz”. Bu sözləri bu gün Həzi
Aslanov metrostansiyasında Aynur Elgünəşi döyən metropoliten işçisi
Nahidə adlı xanım deyib.
Mia.az xəbər verir ki, Aynur Elgünəş
Simsar.az-a açıqlamasında bildirib ki, "hadisə Bakı Metropolitenin
işçisi Nahidə adlı xanımın Həzi Aslanov stansiyasında Xəyal İmanov adlı
sərnişinlə mübahisə etməsi ilə başlanıb. Qucağında 9 aylıq körpəsi ilə
terminala pul yükləyə bilməyən Xəyal İmanov metropolitenin işçisindən
kömək istəyib. Nahidə adlı xanım isə "bu terminalı xarab edən sənin kimi
zibillərdi” və başqa alçaldıcı sözlərlə sərnişini təhqir edir.
Mübahisəni görüb yaxınlaşdım və nə baş verdiyini soruşdum. Nahidə xanım
mənə "sən kimsən, get işinlə məşğul ol” dedi.
Daha sonra
jurnalist olduğumu bildirəndə "sənin kimi şikəstdən də heç jurnalist
olar?” dedi və mənə hücüm etdi. "Həzi Aslanov satansiyanın rəhbəri
Böyükağa Yolçuyeva müraciət etdim. Böyükağa Yolçuyev həmin xanımı
çağırdı və məndən üzr istəməsini tələb etdi. Nahidə xanım məcburən
üzrxahlıq etsə də, otaqdan çıxanda bilirdi ki, səni harda görsəm
sürüyəcəm. "Mən naxçıvanlıyam, mənə heç nə edə bilməzsiz” dedi. Böyükağa
Yolçuyevin mənə qoyduğu hörmətə əsasən polisə müraciət etmədim. Həzi
Aslanovun stansiyasının rəhbəri onu da əlavə edib ki, bu qadınla bağlı
bizə çoxlu şikayətlər daxil olur. Ancaq onunla bağlı heç bir tədbir görə
bilmirik”.
Metro işçısi jurnalisti döyərək hədələdi: “Naxçıvanlıyam, sən kimsən?"
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48