"Veysəloğlu" Şirkətlər Qrupu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə tələbələr arasında "Ulduz” Məntiq Olimpiadası layihəsi reallaşdırılır.
Ümumilikdə 500-ə yaxın tələbənin iştirak üçün müraciət etdiyi olimpiadanın I mərhələsi 15 noyabr tarixində Bakı Ali Nef Məktəbində keçirildi.
"Ulduz” Məntiq Olimpiadasının I mərhələsi çərçivəsində iştirakçılara riyazi və sözlü olmaqla 50 məntiqi sual təqdim edilmişdir.
Olimpiadanın I mərhələsində yüksək nəticə göstərmiş iştirakçılar 22 noyabr tarixində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Olimpiadanın finalçılarının adları bir müddət sonra ATGTİ-nin rəsmi saytı olan atgti.az ünvanında tanış ola bilərsiniz.
Xatırladaq ki, Olimpiadanın qalibləri (ilk 3 yerin sahibi) təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
“Ulduz” Məntiq Olimpiadasının I mərhələsi keçirildi
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13
2026-03-06 22:56