Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet istifadəçilərinə xəbərdarlıq edib.
Verilən məlumata görə, "MX Lab” e-poçt vasitəsi ilə yayılan "my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.
Bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.
Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan "HEUR/QVM03.0.Malware.Gen” və ya "Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.
Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib(Ans).
Nazirlik xəbərdarlıq etdi - saxta e-poçt mesajını açmayın!
DİGƏR XƏBƏRLƏR
2026-03-16 09:18
2026-03-13 14:10
2026-03-11 19:25
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13
2026-03-06 22:56