Seymur Süleymanov
Suriyanın şimalında kürdlərin yaşadığı Kobanini İŞİD terror qruplaşması
getdikcə daha çox ələ keçirir. Kobanidəki kürdlərləTürkiyədə yaşayan kürdlər
arasında qohumluq əlaqələri mövcuddur. Və Kobanidə yaşananlara Türkiyədəki
kürdlər də güclü reaksiya verirlər.
İŞİD-in Kobanidə terror törətməsindən dolayı, orada yaşayan kürdlər Türkiyəyə
üz tuturlar. Türkiyə ərazisinə keçənlər və orada yaşayan kürdlər Türkiyə
hökumətindən Kobani üçün kömək istəyirlər. Hökümət də Suriya ilə sərhəd
bölgəsinə çoxlu əsgər və hərbi texnika yığıb.
Türkiyə hökuməti beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyini bildirib.
İndiki halda BMT və NATO ilə birgə hərəkət etdiyindən, Türkiyənin təkbaşına
Kobaniyə girmək səlahiyyəti yoxdur. Kürdlər də Kobanidə Türk əsgərlərini
istəmir.
Kobani Türkiyənin nəyinə lazımdır? Nəyə görə Türkiyə kürdlər üçün şəhid
versin?! Niyə kürdlərə əsgəri yardım etməlidir ki?! Necə ki, kürdlər indi
hökumətə qarşı meydanlarda at oynadırlar, Kobanidə İŞİD-ə qarşı o atların
oynatsınlar. Türkiyə, ordusunu küçədən tapmayıb!
Bu hadisələrdə hökumətin səhvi böyükdür. Suriyada savaş başlayanda Ərdoğan
Suriya xalqına sərhədi açdı, 2 milyona yaxın suriyalı Türkiyəyə axışdı. Onlar
bu gün hökumətə qarşı meydanlara çıxanlardır. Məqsəd Türkiyəni çökdürmək,
İŞİD-lə müharibəyə sürükləməkdir. Və bu məqsədlərini başqaları tərəfindən
həyata keçirmək istəyirlər. Türkiyə isə bu oyuna girməməlidir.
Davudoğlu bu oyuna qoşulmaq üçün Amerikaya şərt qoyur: deyir, oyunda Bəşər
Əsədi devirmək varsa, biz varıq. Bu, yanlış fikirdir. Suriyanın taleyindən sənə
nə?!
Amerika PKK terror qruplaşmasını terror siyahısından çıxarmaq, Abdullah Öcalanı
sərbəst buraxdırmaq istəyir.Türkiyənin içində PKK-çılar, HDP kimi siyasi yolu
bəlli olmayan partiyalar çoxdur. Dağdan şəhərə düşənlər meydan sulayır.
Əvvəllər PKK və HDP güclü olduqlarını hər dəfə dilə gətirirdilər. İndi o
güclərini Kobanidə göstərsinlər...
Türkiyə oyuna gəlməməlidir...
DİGƏR XƏBƏRLƏR
2024-11-27 20:47
2024-11-19 15:52
2024-11-14 09:11
2024-11-13 14:03
2024-11-11 17:10
2024-11-10 16:57