Bu gün sübh tezdən İstanbulda bir qrup tanınmış sənətçilər (müğənni və aktyorlar) evlərində saxlanılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar İstanbul Respublika Prokurorluğu tərəfindən narkotik qəbulu, satışı, yayımı ilə yanaşı, fahişəliyə cəlbetmə ittihamları ilə açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olublar:

“Əməliyyat çərçivəsində Simge Sağın, İbrahim Çelikkol, Melek Mosso, Deha Bilimler, Mustafa Ceceli, Ersay Üner, Bengü Erden, Z. Aslı Sipahi Hacısüleymanoğlu və İlkay Şencan saxlanılaraq Beykoz rayon prokurorluğuna ifadələri üçün aparılıblar. Onlar ifadələrindən sonra narkotik müayinəsinə aparılacaqlar”

Ləman 
MİA.AZ