İsrail ordusu Livanın cənubuna bu gün səhərə yaxın hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 4 nəfər ölüb, xeyli yaralı var.

Livan NNA rəsmi agentliyi yazır ki, İsrail ordusu daha çox Sur bölgəsindəki Tayr Diba şəhərinə hava hücumu həyata keçirib: “Ən çox itki  və dağıntı barada qeydə alınıb”.

Məlumatda deyilir ki, İsrail ordusuı Mereke bölgəsində isə bir yaşayış evini vurub: “İlkin məlumata görə, burada iki nəfər yaralanıb, dağıntılar altında qalanlar var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir”.

Tahir Şəlvəli
MİA.AZ