Küveyt Neft Şirkəti Mina Abdullah Neft Emalı Zavodunun dron tərəfindən hədəfə alındığını və zavodda yanğın baş verdiyini açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada hücum nəticəsində obyektdə yanğın baş verdiyi, işçilərin təhlükəsizliyinin təmin edilməsi və obyektin qorunması üçün bütün zəruri qabaqlayıcı tədbirlərin görüldüyü bildirilib.

Samir Musayev

MİA.AZ