"ABŞ İranla müharibədə məqsədlərinə böyük ölçüdə nail oldu. Hesab edirəm, müharibə geniş anlamda bitib. Onların nə donanması, nə hava qüvvələri, nə də rabitə əlaqələri var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Amerikanın CBS News kanalına müsahibəsində bildirib.
ABŞ prezidentinin sözlrinə görə, İranla müharibə tezliklə bitəcək: "Biz 4-5 həftəlik plana vaxtından daha tez çatdıq".
Tramp İranın yeni lideri Müctəba Xameneyinin seçilməsini isə qəbuledilməz sayıb: "Ona deyəcək sözüm yoxdur. Heç nə".
ABŞ prezidenti Xamneyinin yerinə namizədi olub-olmaması barədə suala gəldikdə isə "Belə bir düşüncəm var", - deyib.
ABŞ prezidenti Tramp dünya neft tranzitində mühim rol oynayan Hörmüz boğazına nəzarəti ələ almağı da düşündüyünü gizlətməyib: "Belə bir plan var".
Samir MUSAYEV
MİA.AZ