İrandan İsrailə növbəti raket hücumu başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu elandan qısa zaman sonra paytaxt Təl-Əviv və İsrailin digər əraziləri üzərində səmada partlayış sədaları yüksəlib.
Məlumata görə, İsrail ordusu İrandan atılan raketləri hava hücumundan müdafiə sistemləri vasitəsiylə havada zərərsizləşdirib.
İsrailin təcili tibbi yardım xidmətindən bildirilib ki, ölən və ya yaralananlar olmayıb.
Tahir Şəlvəli
MİA.AZ