Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.
Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bundan başqa, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.
Məlumatda həmçinin vurğulanıb ki, ölkənin digər bölgələrinin, habelə güzəştli şərtlərlə təyin olunmuş pensiyalar da bu ay qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədərki dövrdə ödəniləcək.