İsrail və ABŞ-ın İrana hücumları yeddinci gününə qədəm qoyub. 7-ci gündə İranın paytaxtı Tehrana hava hücumları şiddətlənib. İsrail ordusu Tehranda infrastruktur obyektlərinə qarşı genişmiqyaslı hücum dalğası başladıb. İran isə İsrailə qarşı hərbi əməliyyatlarını genişləndirərək səkkizinci raket hücumları dalğasını həyata keçirib.

Mia.az xarici mətbata istinadla son 24 saatda baş verənlərin qısa xülasəsini təqdim edir:

İran dövlət televiziyasının məlumatına görə, son 24 saatda Tehrana fasilələrlə 8 hücum əməliyyatı ilə ağır zərbələr endirilib. Yerli media yazır ki, əvvəlcə paytaxtın şərq və qərb hissələrində təyyarə səsləri, ardınca isə şiddətli partlayışlar eşidilib. Xəbərdə hava hücumundan müdafiə sistemlərinin işə salındığı deyiləsə də, ABŞ-İsrail hava qüvvələrinin itkisi haqda hər hansı informasiya yoxdur.

Münaqişə bölgələrə yayılır

Münaqişələr bölgəyə yayıldıqca qonşu ölkələrdə də aktivlik müşahidə  olunur.  Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Əl-Hərc əyaləti üzərində bir İran raketinin məhv edildiyini açıqlayıb. Ardınca Şahzadə Sultan Hava Bazasını hədəf alan üç ballistik raket də hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Qətər Dohadakı Əl-Udeid hava bazasına İranın dron hücumunun da dəf olunduğunu, eyni zamanda, 13 raketin havada zərərsizləşdirildiyini açıqlayıb.

Küveytdə də raket və dron təhdidləri səbəbindən gecə boyu hava hücumu siqanlları verilib. 

Bəhreyn İranın cavab hücumlarında bu günə qədər 78 raket və 129 dron zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İran donanmasının dron daşıyıcı gəmisini vurub: "Gəmi aova bürünərək yararsız hala düşüb" Bu əməliyyatdan sonra ABŞ müdafiə naziri Pit Heqset İran donanmasının tamamilə məhv ediləcəyini  bildirib.

Bu arada Birləşmiş Ərəb Əmirliklərinin İranın maliyyə şəbəkəsini məhdudlaşdırmaq üçün ölkədəki İran aktivlərini donduracağını bəyan edib.

İran isə dünən Naxçıvan hava limanı daxil olmaqla Azərbaycanın bu bölgəsinə 4 dron yönləndirib. Hava limanı və məktəb yaxınlığı vurulub. Rəsmi Bakı bu hadisədən sonra İrana çox sərt ultimatum verib. Prezident İlham Əliyev əks cavanb həmləsninn hazırlanması tapşırığı verib, İran rejiminin rəhbərliyini hədələyib. 

Rəsmi Tehran isə Naxçıvana hücumu boynundan atmağa çalışaraq, faktın araşdırılacağını iddia edib.

SEPAH: "Uzunmüddətli savaşa hazırıq"

İran dövlət televiziyasının məlumatına görə, İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini ABŞ və İsrailin İrana hücumları ilə bağlı açıqlama verib. O, qarşı tərəfin hər əməliyyat dalğasına ağır zərbələrlə qarşılıq veriləcəyini bildirib: "Təcavüzkarlar cəzalandırılana qədər uzunmüddətli müharibəyə hazırıq. Yeni İran silahlarını da görəcəklər, onlardan hələ geniş istifadə olunmur".

E.ARAZ

MİA.AZ