İranla savaşın kilid açarlarından sayılan dron hücumlarının aktuallaşdığı bir məqamda Türkiyənin "dron sürüsü"nün beynini qarşıdıraraq bir andaca məhv edən yeni silahı ilə bağlı maraqlı açıqlama verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yeni silahın ietehsalçısı "ASELSAN" tərəfindən hazırlanmış və "Polad Günbəzi"n ən strateji komponentlərindən biri olan "EJDERHA" Yüksək Güclü Elektromaqnit Əks Tədbir Sisteminin xüsusiyyətləri gündəmolub.
Bu barədə yerli mediaya açıqlama verən "ASELSAN"ın baş direktoru Əhməd Akyol bildirib ki, "EJDERHA" bir neçə saniyə ərzində dron sürüsünü zərərsizləşdirə bilər.
Onun sözlərinə görə, EJDERHA hədəfə birbaşa elektromaqnit dalğaları yayaraq, dronların beyinlərini qarışdıraraq onları zərərsizləşdirir:

"Sistemin ən böyük üstünlüyü ondan ibarətdir ki, elektromaqnit dalğaları işıq sürəti ilə hərəkət etdiyi üçün hədəfdəki dronların ondan qaçmaq imkanı da yoxdur."
Baş direktor "Bu yeni sistemin radar məsafəsi nə qədərdir", - sualına isə cavab verməyib: "Qoy, bu, bizdə gizli qalsın!".
Firudin Səfərli
MİA.AZ
