İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb.
Mia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: "Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".
Qeyd olunub ki, Muxtar Respublikanın digər təhsil müəssisələrində tədris normal qaydada davam edir.