ABŞ və İsrailin birgə hücumundan sonra dünya neft tranzitində mühm rol oynayan Hörmüz boğazını bağlayan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanının müavini Məhəmməd Əkbərzadə Hörmüz boğazının tam nəzarət altında olduğunu bildirib.

Fars Xəbər Agentliyinə danışan Əkbərzadənin sözlərinə görə, İranın Hörmüz boğazında "keçid qadağandır" elanını verməsindən sonra neft tankerləri, ticarət gəmiləri və balıqçı qayıqlarının keçidi tam dayandırılıb: "Hörmüz boğazı  müharibə şəraitində olduğundan belə qərar verilib. Çünki gəmilər raket və ya dronlar tərəfindən zərər görə bilər. Buna görə də belə qadağa qoyulub. Düzdür, bizim xəbərdarlığa məhəl qoymaq istəməyənlər olub. Bu səbəbdən 10-dan çox neft tankeri məhv edilib. Hazırda Hörmüz boğazı İran Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti altındadır".

Tahir Şəlvəli

MİA.AZ