ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Dölət Departamenti qərar verib.
Qərara əsasən, adıçəkilən ölkələrdəki diplomat və onların ailə üzvlərnin bölgədəki təhlükəsizlik səbəbiylə təcili çıxarılması məcburiyyəti yarandığı deyilir: "Artıq diplomatik korpuslara mövcud tapşırıq göndərilib".
Bəyanatda ABŞ vətəndaşlarına bu ölkələrə səyahət etməməklə bağlı da xəbərdarlıq olunub.
Həmçinin qeyd edilib ki, Dohadakı ABŞ səfirliyi ehtiyat tədbiri olaraq adi konsulluq xidmətlərini dayandırıb.
Xatırladaq ki, İran bu ölkələrdəki ABŞ-a aid bütün hədəfləri vuracağını bəyan edib.
Samir MUSAYEV
MİA.AZ