Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil Sektoru üzrə F. Rəhimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Elyanə Kərimova ikinci ildir ki, direktor müavinliyindən məktəb direktoru təyinatı alıb.

Bu təyinat elə ilk gündən müəllim-şagird kollektivlərinin və valideynlərin sevincinə səbəb olub.

Mia.az-ın məlumatına görə, bu gün Elyanə Kərimova iş otağına keçər-keçməz yeni yaşı ilə bağlı xoş sözlər, təbriklər və tər gül-çiçək dəstələri ilə qarşılanıb. Yaşanan sevgi-sevincin böyüyüb tədrisə mane olmaması üçün, o, hər kəsə təşəkkür edərək məhdudiyyət yaradıb.

İş günün sonunda məktəbin pedaqoji kollektivi və texniki heyət bir araya gələrək məktəbin direktoru Elyanə Kərimovanı təbrik ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əməkdar müəllimi Səxavət Tağlar (Tağıyev) kollektivdə yaşanan sağlam  pedaqoji mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin, elmi-pedaqoji savadının, praktik bacarığının və idarəetmə məharətinin olmasının vacibliyindən danışıb. Qeyd edib ki, böyük hörmət və ehtiramla ad günü qeyd olunan  Elyanə müəllimə bu keyfiyyətlərin sahibidir. 

Sonda kollektiv üzvləri cay süfrəsi arxasında şirin söhbət və təbriklərini davam etdiriblər.

Ləman

MİA.AZ