Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Mia.az xəbər verir ki, məhkəmədə artan iş yükü ilə əlaqədar hakimlərin sayının artırılması barədə qərar qəbul edilib. Bu məqsədlə Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub.

Qeyd edək ki, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Ənnağı Məmmədli 2023-cü ilin yanvar ayında Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Onun ezam olunması məhkəmədə artan iş yükünün daha operativ və effektiv şəkildə icrasına xidmət edəcək/qaynarinfo.