"İranın nüvə silahına sahib olmağa çalışır, lakin buna imkan vermək olmaz. Əgər onlar yenidən nüvə silahı istehsal etməyə nail olsa, bu, bizim üçün problem olacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti JD Vans Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

O, daha sonra sensasiyalı iddia irəli sürüb: "Bizdə dəlillər var, İran nüvə silahı istehsal etməyə çalışır. Biz o dəlilləri gördük"

Vans İrana qarşı atılacaq addımlar barədə danışmaq istəməyib: "Bu barədə ABŞ prezidenti Donald Trampın açıqlamalar var, olacaq. Biz İranla uyğun razılaşmaya nail olmaq üçün nümayəndələrimizi Cenevrə şəhərinə göndərmişik. Ümid edirik ki, bu gün keçiriləcək növbəti görüşdə nəticə əldə olunacaq. Cənab Trampın dəfələrlə dediyi şərt var: İran nüvə silahına sahib ola bilməz".

Samir MUSAYEV

MİA.AZ