Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Maliyyə şöbəsinin müdiri dəyişib.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səadət Zakir qızı Hasilova Maliyyə şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Digər əmrlə isə onun yerinə Aynur Yaşar qızı Cəbrayılova-Ərdoğan təyin olunub.

Mia.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası İctimai Birliyində də dəyişilik olması barədə xəbərlər var. Bununla bağlı ötən həftə birliyin Feysbuuk0dakı sıhifəsi üzərindən rəsmi sorğu verimişik. Lakin bu gün də xatırlatmamıza baxmayaraq, hələlik cavab verilməyib.

Mövzuya qayıdacağıq.

MİA.AZ