ABŞ ordusu Karib dənizində narkotik daşıdığını iddia etdiyi daha bir qayığı raket zərbəsiylə məhv edib.
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığından məlumat verilib.
Bildirilib ki, qayıqda olan üç narko-terrorçu da məhv edlib: "Bununla da Venesuela ətrafında indiyə qədər 151 nəfər öldürülüb".
Məlumatda o da deyilir ki, ABŞ-ın sorğu-sualsız bu davranışı bir çox beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb: "Ehtimallar üzrə, məhkəməsiz, sorğu-sualsız hansısa balıqçı qayıqları nəyə əsaslanaraq vurulur?"
Samir MUSAYEV
MİA.AZ