AFFA İntizam Komitəsi bəzi kluub və futbolçuları cəzalandırıb.

Mia.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 83-cü dəqiqəsində "İmişli" komandasının 9 nömrəli futbolçusu Dioqo Almeyda hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "İmişli" komandası 2500 manat cərimə edilsin (maddə 51.2);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyunundan əvvəl, fasilədə, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "İmişli" komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 72-ci dəqiqəsində "Qarabağ" komandasının 20 nömrəli futbolçusu Kadi Borqes ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 1000 manat cərimə edilsin (maddə 44.1);

14 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XX turun "İmişli" – "Qarabağ" oyununun 90+5-ci dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Qarabağ" komandası 6000 manat cərimə edilsin (maddə 86.3);