Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə yeni direktor təyin olunub.
Mia.az xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri müvafiq əmr imzalayıb.
Əmrlə həmin vəzifəyə Şəhla Abbasova təyinat alıb və o, artıq kollektivə təqdim edilib.
Qeyd edək ki, Ş.Abbasova 2022-ci ildən son təyinatadək Xəzər Universitetinin Memarlıq və dizayn departamentinin müdiri vəzifəsində çalışıb.