“Bəstəkarlar, musiqiçilər çətin illər keçirirdi. 2008-ci ildə Bəstəkarlar İttifaqına sədr seçildikdən sonra bəstəkarlar və musiqiçilərin acınacaqlı vəziyyətindən danışdım və təklif etdim ki, onlara əsərlər yarada bilmələri üçün bir az ruh verək. İlk dəfə uzun tarix boyunca üzvlərə təqaüdlər verildi. Heç bir şeyə görə yox, sadəcə Bəstəkarlar İttifaqına üzv olduqları üçün. 60 yaşından yuxarı üzvlərə 300 manat, 10 gənc (35 yaşa qədər) üzvümüzə isə 200 manat məbləğində təqaüd verilir”.

Bu sözləri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Bizim.Media-ya yaradıcı ittifaqlar haqqında danışarkən deyib.

O, İttifaqa üzvlük haqqı (illik 5 manat) verməyənlərin məsələsinin də müzakirə edildiyini bildirib.

Daha ətraflı videoda: