Türkiyədə "Bozurdları"nın lideri hesab olunan MHP sədri Dövlət Baxçalı gözlənilməz davranışı ilə böyük diqqət çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə onun özü açıqlama verib.

Bildirib ki, son aylarının məşhur serialı olan "Yeraltı" serialının "Bazo" rolunun ifaçısı Uraz Kayğılaroğluna telefonla zəng edib.

Partiya sədri türk gəncliyini pis vərdişlərdən uzaq tutmağı hədəfləyən uğurlu yayım və nümunəvi ssenaridən məmnun olduğunu və qəbul edəcəyi təqdirdə ona "Bozqurd" tablosunu  hədiyyə etmək istədiyini bildirib.

Xatrladaq ki, serialda "Bazo" İstanbulun yer altı dünyasının kriminal lideri rolunu oynayır. O, şəhərdə narkotik satışına qarşı xarici mafiyalarla "döyüşür".

Hüseyn Namazov

Mia.az