ABŞ Prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinin üzvləri ilə Vaşinqtonda görüşəcək.

Mia.az xarici mərtbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın özü məlumat açıqlayıb.

O bildirib ki, 19 fevral 2026-cı ildə Vaşinqtonda Qəzza Sülh Komitəsinin üzvləri ilə bir araya gələcək: "19 fevral 2026-cı ildə Vaşinqtondakı Donald J. Tramp Sülh İnstitutunda Sülh Şurasının üzvləri ilə yenidən görüşəcəyəm. Orada üzv dövlətlərin Qəzzada humanitar yardım və yenidənqurma işləri üçün 5 milyard dollardan çox ianə ayırdığını elan edəcəyik".

O, əlavə edib ki, üzv dövlətlər Qəzzada təhlükəsizlik və sülhün təminatə üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə və yerli polis qüvvələrinə minlərlə şəxsi heyət ayırıblar.

Xatırladaq ki, ötən ay Davosda Sülh Komitəsi rəsmən təsis olunub.

Prezident İlham Əliyev və Türkiyə XİN başçısı Hakan Fidanın imzaları ilə Azərbaycan və Türkkyə də  Trampın təklifi ilə Komitənin üzvü olublar.

İndisə ortaya sual çıxır: İlham Əliyevlə Ərdoğan ABŞ-a səfər edəcək, yoxsa XİN başçıları onları əvəzləyəcək?

F.ƏHMƏD

MİA.AZ