Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Mia.az xəbər veirr ki, manset.az vəzifəsindən azad edilən fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə ilə əlaqə saxlayıb.
O, işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib: "Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".
General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub.
MİA.AZ