Türkiyənin Qaziantep bölgəsindən Şırnaka qızıl daşıyan zərgərin avtomobili soyulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə CHP-nin Qarsdan deputatı İnan Akgün Alp parlamentdə çıxışda deyib.

Deputat bildirib ki, Qaziantepdən Şırnaka qızıl daşıyan avtomobilinin "polis yoxlaması" ilə qarət edildib:

"Avtomobil Mardində polis nəzarət məntəqəsi adı altında saxlanılaraq qarət olunub. Çox təəəssüf ki, cinayətkarların Diyarbəkir və Şırnak Vilayət Jandarma Komandanlıqlarında xidmət edən hərbçilər olduğu aydınlaşıb".

Depitat deyib ki, saxlanılanlardan biri Diyarbəkir Vilayət Jandarma İdarəsində, üçü isə Şırnak Vilayət Jandarma İdarəsinin əməkdaşları imiş: "Əgər polisimiz və əsgərlərimiz yollarda saxta post quraraq vətəndaşları soymağa başlayıblarsa və onların çoxu onlayn qumar oyunlarının tələsinə düşüblərsə, bu barədə çox ciddi düşünməliyik. Nazirdən soruşsanız, o, "Türkiyə hələ də hüquqi dövlətdir" deyəcək. Amma bizdən soruşsanız, heç kim təhlükəsiz deyil".

Qeyd edək ki, bu iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Firudin Səfərli

MİA.AZ