"Deməli, rayonlara internet satan Azeronline ADSL qəflətən 20 manatlıq aylıq paketi ləğv edərək 25 manata qaldırıb. Sadəcə müştərilərə mesaj göndərməklə kifayətlənib. Üstəlik haqqı ödənilən 30 günlük internet xidməti də verməyib, 25-ci günündə səbri çatmayıb xidməti dayandırıb ki, 25 manatdan ödəyin".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist Elçin Rüstəmli feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, zəng vurub səbəbini soruşub: "Müştəri xidmətindən deyirlər ki, bəs 20 manatlıq paket daha olmayacaq. Çünki 100 mbt saniyə internet veririk, qiyməti 25 manatdır. Deyirəm, bəlkə Gədəbəyin İnəkboğan kəndinin sakini Məmmədəli kişinin 100 mbt saniyə internetə ehtiyacı yoxdur, ona niyə zorla sırıyırsız. Sözündən belə çıxır, məhsul budur, yeyirsən ye, yemirsən cəhənnəmə ye! Deyirəm, müştəri ilə belə davranmaq, onu heyvan yerinə qoymaq, onun hüquqularına tüpürmək olmaz. Deyir, bizim xidmətimiz belədir! Hüquqsuz olmaq dəhşətdir! Xüsusən az-çox qanan adam üçün!".

Samir MUSAYEV

MİA.AZ