Ədliyyə Nazirliyi fiziki şəxs Mahmudova Təranə Abid qızı (VÖEN – 1405433592) ilə satınalma müqaviləsi bağlayıb.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Ədliyyə Nazirliyi Binəqədi rayon icra şöbəsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179 ünvanında yerləşən, ümumi sahəsi 340,2 m² olan qeyri-yaşayış binasını icarəyə götürəcək.
Nazirlik 30 yanvar 2026-ci il tarixindən 30 dekabr 2026-ci il tarixinə kimi Mahmudova Təranə Abid qızına icarə haqqı olaraq 34 min 800 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, Təranə Mahmudova Baş nazirin sabiq müavini Abid Şərifovun qızıdır.
Təranə Mahmudova eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Abid Şərifovun qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan “Güvən 2017” MMC-lərin, həmçinin Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktoru da olub.