Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının sabiq direktoru Fariz Babayevə yeni vəzifə verilib.

Məlumata görə, Babayev Fariz Hənifə oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzdində fəaliyyət göstərən Mərdəkan Reabilitasiya Pansionatının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev müvafiq əmr imzalayıb.