Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat ilə görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Görüş zamanı ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyətin gedişatı barədə qonağa geniş təqdimat edilib.

Görüşdə, humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.