Milli Məclisin komitə sədri, deputat Tahir Mirkişilinin qardaşı şahin Mirkişlinin rəhbnəri olduğu "Absheron City" Mənzil-Tikinti Kooperativindən mənzil alan insanlar çıxılmaz durumla üz-üzə qalıblar.
Mia.az xəbər verir ki, illər əvvəl Xrdalanda yerləşən MTK-nın binalarından mənzil alan sakinlərin əksəriyyəti hələ də çıxarış ala bilmirlər. Nəticədə onlar mənzillərinə qeydiyyata düşə və ya bir çox qanuni haqlarından yararlana bilmirlər.
Mia.az xatırladır ki, bu problem zaman-zaman mediada hallansa da, bu, nə deputat, nə qardaşı, nə də rəsmi qurumları narahat edib.
Bu günlərdə isə Baku TV şiakyətlə bağlı ərazidə olub. Kameraya danışan sakinlər MTK rəhbərliyini onları aldatmaqda ittiham ediblər.
Maraqlıdır ki, MTK rəhbərliyi isə kamera önündə jurnalistə açıqlama verməkdən açqı şəkildə yayınıblar: "Kamerasız gəl, danşaq. Kamera varsa, olmaz".
Yeri gəlmişkən, bir müddət əvvəl bu MTK-nın 592 357,30 manat vergi borcu olması haqqında saytlarda xəbər yayyılmışdı. Hətta Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi şirkəti və onun rəhbəri Şahin Mirkişilini məhkəməyə vermişdi. Həmin vaxt vergi deputat qardaşının ölkədən çxıışına qadağa qoyulmasını da tələb edirdi...
Samir MUSAYEV
Mia.az