Türkiyənin məşhur aktyoru Kanbolat Görkem Arslan gecə yarısı İstanbulun Beyoğlu rayonundakı evində infarkt keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 45 yaşlı aktyor Taksim Təhsil və Araşdırma Xəstəxanasında həkimlərin müdaxilələrinə baxmayaraq, vəfat edib.
Xatırladaq ki, aktyor "Çəmbərimdə Gül Oya", "Poyraz Karayel", "Bir Dəli Rüzgar", "Hatırla Sevgili", "Asi", "Ezel", "Yer Gök Aşk", "Hayat Bazen Tatlıdır", "Daire", "Yurd", "Təslimiyyət", "Hayatın Tuzu", "Enes Batur Gerçek Kahraman", “Yuva” və “Ayak Altında”, “Uyarca”, “Öküz”, “Köpəklərin İsyan Günü”, “Tatyana”, "Kuruluş" və sair film və seriallara çəkilib. O, ən son "Kudüs Fatihi Səlahəddin Əyyubi" serialında rol almışdı.
Hüseyn Namazov
Mia.az

